Əhali mağazalarda ayda orta hesabla nə qədər pul xərcləyir?

Hazırda oxunan: Əhali mağazalarda ayda orta hesabla nə qədər pul xərcləyir?

619646

Bu il Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, 2026-cı ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 25510,7 milyon manatlıq, o cümlədən 14151,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11358,9 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2025-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.
 

2026-cı ilin yanvar-may aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,9 faizi ərzaq məhsullarının, 4,6 faizi içkilər və tütün məmulatlarının, 12,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4 faizi avtomobil yanacağının, 4,4 faizi elektrik malları və mebellərin, 2,9 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,5 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.


Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 496,9 manatlıq, o cümlədən 275,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 221,2 manatlıq qeyri-ərzaq malları alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin