Bakıda taksi qiymətləri birdən-birə 50%-ə qədər qalxdı

Hazırda oxunan: Bakıda taksi qiymətləri birdən-birə 50%-ə qədər qalxdı

618308

Bakıda fəaliyyət göstərən bir sıra tanınmış taksi şirkətlərində qiymətlərin kəskin artdığı bildirilir.

Bizim.Media “axar.az”a istinadən xəbər verir ki, iyun ayının əvvəlindən paytaxtda fəaliyyət göstərən bəzi taksi şirkətləri gediş haqlarını artırıblar.

Məlumata görə, “Yango” taksi xidmətində qiymətlər 40-50 faiz arası bahalaşıb.

Analoji vəziyyətin “Bolt” platformasında da müşahidə olunduğu bildirilir. Qeyd olunur ki, bu şirkətdə də qiymətlər təxminən 40 faiz artıb.
 

Məlumatda vurğulanır ki, qiymət artımı hava şəraiti, pik saatlar və ya yollardakı sıxlıqla bağlı deyil. Əksinə, hava şəraiti, pik saatlar və sıxlıq zamanı gediş haqlarının iki və ya üç dəfə arta bildiyi qeyd edilir.


Qiymət artımının səbəbi ilə bağlı taksi xidmətlərinə sorğu göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin