Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI

Hazırda oxunan: Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI

615208

Son aylar köhnə mənzillərə maraq kəskin artıb. Halbuki, köhnə mənzillərə maraq əvvəllər çox az idi. Çünki köhnə binalardakı mənzilləri ipoteka predmeti eləmək çətin idi. Ona görə də ipotekadan bəhrələnən insanlar məcburən yeni mənzillərə maraq göstərirdilər. Bu səbəbdən də köhnə mənzillərin qiyməti elə də sürətlə artmırdı. Lakin son bir neçə ayda mənzərə tamamilə dəyişib.

Buna səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyir ki, səbəblər müxtəlifdir:
 

MÖVZU İLƏ BAĞLI:

Mənzil bazarında yenidən BAHALAŞMA - VİDEO


“Əvvəla, yeni tikililər həddən çox bahadır. Artan qiymətlər fonunda da köhnə binalara maraq artır. İndiki vəziyyətdə köhnə binalardakı mənzillərin qiyməti daha əlçatandır. Ona görə də insanlar daha ucuz mənzillərə üz tuturlar.

Köhnə mənzillərə marağın artmasının digər səbəbi şəhərdə aparılan söküntü işləridir.

Məlumdur ki, istismar müddəti başa çatmış hündürmərtəbəli binalar mərhələli şəkildə sökülür və yerində müasir binalar inşa edilir. Yeni binalar da yerləşdiyi əraziyə və digər göstəricilərə görə xeyli baha olur. Ona görə də bəzi insanlar çalışır ki, nisbətən ucuz olan köhnə mənzili alıb, daha sonra bundan sərfəli dividend qazansınlar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin