Ermənistanda Gömrük İttifaqına qarşı etiraz aksiyası keçirilib

Hazırda oxunan: Ermənistanda Gömrük İttifaqına qarşı etiraz aksiyası keçirilib

41319
Ermənistanda Gömrük İttifaqına qarşı etiraz aksiyası keçirilib. Moderator.az-ın "armtoday.info"ya istinadla verdiyi məlumata görə, mitinqin təşkilatçısı Milli Müqəddarat İttifaqı sədri Paruyr Ayrikyan olub. Ermənistan prezidentliyinə keçmiş namizədin təşkil etdiyi aksiya paytaxt İrəvanın mərkəzində olub. Gömrük İttifaqına daxil olmağa etiraz edən onlarla insan meydana çıxıb. 

Toplananlar qarşısında çıxış edən Ayrikyan qeyd edib ki, ölkədə prioritet problem sülhün təminatı ilə bağlıdır. Onun sözlərinə görə, Ermənistanı tam müstəqil dövlət adlandırmaq olmaz. 

"Dövlət o zaman müstəqil sayılır ki, öz elmi, dini və mənəvi dətərlərini özü idarə edəndə müstəqil və suverin sayılır. Bu Ermənistanda müşahidə edilmir". 

Nümayiş iştirakçıları Kiyevdə Avromeydanda keçirilən mitinqlərdə iştirak edənlərlə həmrəy olduqlarını bildiriblər. Aksiya insidentsiz ötüşüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin