Gələcəkdə Bakı şəhərinin bütün
giriş yollarında xüsusi terminallar təşkil olunacaq.
Bu terminallar vasitəsilə
paytaxta fərdi nəqliyyat vasitələrinin buraxılmasına məhdudiyyət qoyulacaq. «APA-Economics»in
məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq
əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev «Böyük Bakının
Regional İnkişaf Planı»na həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, yeni planda
şəhərin inkişafı, nəqliyyat sisteminin inkişafı və ekoloji cəhətdən
yaxşılaşdırılması istiqamətində bir çox təkliflər nəzərdə tutulub.



































































































