Banklararası ticarətdə dollar manat qarşısında yenidən ucuzlaşıb.xa0
Moderator.az Fins.az-a istinadən xəbər verir ki, dollar 0,84% ucuzlaşaraq 1.6988 manat olub.xa0
Qeyd edək ki, terminal üzərində son ticarət 1.7158 manat məzənnəsi ilə aparılmışdı.
Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini "Bloomberg" platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks "Bloomberg" ticarət platforması ilə yanaşı, Bloomberg.com saytında da elan olunur.




































































































