Sabah dolların məzənnəsi kəskin arta bilər - Proqnoz

Hazırda oxunan: Sabah dolların məzənnəsi kəskin arta bilər - Proqnoz

187692
Sabah ABŞ-da açıqlanması gözlənilən inflyasiya göstəricisinin gözləniləndən yüksək olması dolların məzənnəsini kəskin artıra bilər.

Moderator.az "Report"a istinadən xəbər verir ki, "Bloomberg" agentliyi tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, analitiklər iyul ayında inflyasiya göstəricisinin 0,2% olması gözlənilir. Son 4 ayda inflyasiyanın proqnozlardan aşağı templə artması ABŞ Federal Ehtiyat Sisteminin (FED) monetar siyasətini dəyişdirməsinə mane olur. Belə ki, FED-in uçot dərəcəsini artırması üçün əsas şərt məhz inflyasiyanın sürətlənməsidir. Faktiki isə illik inflyasiya 1,7%-dən 1,4%-ə geriləyib.

İqtisadçılar iyul ayında inflyasiyanın sürətlənməsi ehtimalını dolların ucuzlaşması, idxal qiymətlərinin artması və işçi qüvvəsinə artan tələblə izah edirlər. Buna baxmayaraq, sorğuda iştirak edən 75 respondentin 21-i inflyasiyanın 0,1% təşkil edəcəyini bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin