Bakıda oğul anasının boğazını kəsib

Hazırda oxunan: Bakıda oğul anasının boğazını kəsib

161631
Bakıda oğul mübahisə zəminində anasının boğazını kəsib.

Moderator.az xa0"Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Savalan qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə ərazisində yerləşən yaşayış evində kirayə yaşayan 45 yaşlı Bəkirova Fərqanə Ələsgər qızı oğulu ilə mübahisə edib. Nəticədə F.Bəkirova oğulunun bıçaqlı hücumuna məruz qalıb. F.Bəkirovanın boğazı kəsilib. O, digər oğlunun köməkliyi ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. F.Bəkirova əməliyyat olunub. Onun vəziyyəti ağır kimi qiymətləndirilib.

F.Bəkirova cərrahiyyə əməliyyatından sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarına izahat verərkən oğlunun ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyini və ondan şikayətçi olmadığını bildirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin