“Cənub Qaz Dəhlizi”x9d şirkəti 10 il müddətinə 1 milyard dollar həcmində avroistiqrazların ilkin yerləşdirilməsini həyata keçirdi. Virtualaz.org xəbər verir ki, bunu “Global Capital”x9d agentliyi bildirib.
Qeyd edək ki, “Cənub Qaz Dəhlizi”x9d QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında”x9d 25 fevral 2014-cü il tarixli, 287 nömrəli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.
“Cənub Qaz Dəhlizi”x9d QSC tərəfindən buraxılan istiqrazların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üçün "Citi Bank", "UniCredit", "JP Morgan" banklarından ibarət sindikat səlahiyyətləndirilmişdir. “Lazard Freres SAS”x9d şirkəti isə Azərbaycan tərəfinin maliyyə məsləhətçisi rolunda cıxıs edir.
Buraxılışın gəlirliyi suveren istiqrazlara nəzərən 80 baza bəndi təşkil edib. “Cənub Qaz Dəhlizi”x9d şirkətinin istiqrazlarının emissiyası dövlət təminatı altında 7% gəlirliklə 1 milyard dollar həcmində proqnozlaşdırılırdı. Lakin “Citi Bank”x9d, “UniCredit”x9d və “JP Morgan”x9d bir gün ərzində bu səviyyədə qiymətəmələgəlmə prosesini bitirə bilməyiblər. Qiymətli kağızlar nominalın 99,112 faizi həcmində 6,875 kupon faiz dərəcəsi ilə satılıblar.
Tələbatın böyük qismini ABŞ və Böyük Britaniyadan olab investorlar formalaşdırıblar.
“Cənub Qaz Dəhlizi”x9d layihəsinin məqsədi “Şahdəniz”x9d qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək Trans-Anadolu Qaz Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə Türkiyə və Cənubi Avropa ixracını təmin etməkdir.




































































































