Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun (ETİ) İnformasiya texnologiyaları və riyazi modelləşdirmə şöbəsinin aparıcı elmi işçisi Həsənbəy Arazov vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə ali təhsil müəssisəsi məlumat yayıb.
Bildirilib ki, Həsənbəy Arazov 1940-cı il iyulun 12-də Bakı şəhərində anadan olub. 1964-cü ildə ADU-nun (indiki BDU) Fizika fakültəsini bitirib.
1962-1964-cü illərdə ADU-da böyük laborant, 1961-1981-ci illərdə AMEA-da və Şamaxı Astrofizika Rəsədxanasında kiçik elmi işçi, böyük elmi işçi, 1981-1984-cü illərdə Təbii Ehtiyatların Kosmik Müşahidəsi İnstitutunda, 1984-1991-ci illərdə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında böyük elmi işçi vəzifələrində işləyib.
O, 1988-2020-ci illərdə BDU-nun Tətbiqi Riyaziyyat ETİ-nin Riyazi modelləşdirmə və avtomatlaşdirilmiş sistemlər şöbəsinin müdiri vəzifəsində çalışıb. 2020-ci ildən isə Tətbiqi Riyaziyyat ETİ-nin İnformasiya texnologiyaları və riyazi modelləşdirmə şöbəsinin aparıcı elmi işçisi idi.
Həsənbəy Arazov "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı" ilə təltif edilib.

Bizim.Media


































































































