Tanınmış jurnalist Vəli Əkbər ağır ürək əməliyyatı KEÇİRDİ

Hazırda oxunan: Tanınmış jurnalist Vəli Əkbər ağır ürək əməliyyatı KEÇİRDİ

608272

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Televizya Akademiyasının prorektoru, tanınmış jurnalist Vəli Əkbər ağır ürək əməliyyatı keçirib.

Bizim.Media xəbər verir ki, Tibb Universitetinin Tədris Cərahiyyə Klinikasında icra olunan baypass əməliyyatı uğurla başa çatıb. 

Əməliyyat Klinikanın Kardiologiya şöbəsinin müdiri  Mirəli Məcidov tərəfindən icra edilib. Həkim bildirib ki, artıq pasiyentin ürəklə bağlı heç bir həyati təhlükəsi yoxdur. 

Vəli Əkbər hazırda reabilitasiya dövrünü keçirir.
 

Xatırladaq ki, Vəli Əkbər bu ilin yanvar ayının sonuna qədər “AzTV”də İnformasiya Studiyasının direktoru olub. Keçirdiyi ikinci infarkt nəticəsində səhhətində yaranan problemlərə görə, bu vəzifəsindən uzaqlaşmalı olub. O, həmin vaxtdan etibarən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Televizya Akademiyasının prorektoru vəzifəsini tutur.


Həmkarımıza Allahdan şəfa diləyir, tezliklə sıralarımıza dönməsini arzulayırıq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin