KTMT-nin sabiq baş katibinin oğlu Ermənistanda AXTARIŞA VERİLDİ

Hazırda oxunan: KTMT-nin sabiq baş katibinin oğlu Ermənistanda AXTARIŞA VERİLDİ

608261

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabiq baş katibinin oğlu Ermənistanda axtarışa verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Qurumdan bildirilib ki, Antikorrupsiya Məhkəməsinin qərarı ilə Qriqori Xaçaturov barəsində həbs qətimkan tədbiri seçilib və axtarış elan olunub.
 

Məlumata görə, Xaçaturova qarşı xüsusilə külli miqdarda qanunsuz yolla əldə edilmiş daşınmaz əmlakın leqallaşdırılması və çirkli pulların yuyulması maddələri ilə cinayət işi açılıb.


Qeyd edək ki, Qriqori Xaçaturov sabiq KTMT baş katibi Yuri Xaçaturovun oğludur. Yuri Xaçaturov daha əvvəl Ermənistanda 2008-ci ilin mart hadisələri zamanı “konstitusiya quruluşunun devrilməsi” işi üzrə ittiham olunub. Həmin iş üzrə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan da təqsirləndirilən şəxslər arasında olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin