Məşhur aktrisa ailə sirrini açdı: “Anam atamı güllələdi”

Hazırda oxunan: Məşhur aktrisa ailə sirrini açdı: “Anam atamı güllələdi”

608217

Şarliz Teron keçmişindən ağır bir hekayəni bölüşərək, anasının özünü müdafiə etmək məqsədilə atasını güllələdiyi gecəni ilk dəfə ətraflı xatırlayıb.

Bizim.Media xəbər verir ki, 50 yaşlı aktrisa The New York Times Magazine-ə müsahibəsində bildirib ki, faciə 1991-ci ildə, Cənubi Afrikada, onun 15 yaşı olanda baş verib.

Onun sözlərinə görə, atası Çarlz Teron sərxoş vəziyyətdə ailəni hədələməyə başlayıb və silahla evə girməyə çalışıb.

Aktrisa xatırladıb ki, həmin vaxt kişi olduqca aqressiv olub və onları öldürmək niyyətində olduğunu bildirib. Hücum anında evdə Şarliz və anası Gerda Marits olub.
 

Teronun sözlərinə görə, anası seyfdən silah götürərək onları qorumağa çalışıb. Həmin vaxt kişi qapının arxasından atəş açmağa başlayıb. Qarşıdurma zamanı anası cavab atəşi açıb və bundan sonra vəziyyət nəzarətdən çıxıb. Nəticədə aktrisanın atası ölüb.


Şokedici şəraitə baxmayaraq, Teron vurğulayıb ki, baş verənləri bütün həyatı boyu onu izləyən travma kimi qəbul etmir.

“Mən buna qapılıb qalmamışam və daim bununla yaşamıram. Amma belə hekayələri danışmaq lazımdır ki, başqa insanlar özlərini tək hiss etməsinlər”, - deyə aktrisa bildirib.

O, həmçinin qeyd edib ki, uzun illər məişət zorakılığı cəmiyyət tərəfindən yetərincə ciddi qəbul olunmayıb və belə vəziyyətlərdə qadınlar çox vaxt dəstəksiz qalıblar.

Şarliz Teron uzun illərdir hüquq müdafiə fəaliyyəti ilə məşğul olur, xüsusilə də ailədaxili zorakılıqla mübarizə sahəsində çalışır. O, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və məişət zorakılığından zərər çəkmiş qadınlara dəstək verilməsi üçün çıxışlar edib.

Aktrisa vurğulayıb ki, məqsədi bu cür hekayələrdən açıq danışmaq, mövzu ətrafındakı susqunluğu sındırmaq və oxşar vəziyyətlə üzləşən insanlara kömək etməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin