Direktorlar üçün test imtahanı keçiriləcək – MÜTDA-nın məlumatı

Hazırda oxunan: Direktorlar üçün test imtahanı keçiriləcək – MÜTDA-nın məlumatı

608284

Növbəti aydan direktorların işə qəbulu müsabiqəsi çərçivəsində ixtisas biliklərinin yoxlanılması üzrə test imtahanı keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
 

Bildirilib ki, direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsi çərçivəsində, müsabiqənin qaydalarına uyğun olaraq təhsil və staj tələblərini ödəyən, lakin sertifikatlaşdırma, diaqnostik qiymətləndirmə və ya müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsi üzrə nəticəsi olmayan və ya müəyyən edilmiş tələblərdən aşağı nəticə göstərən direktorlar, direktor müavinləri, həmçinin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar üçün ixtisas biliklərinin yoxlanılması məqsədilə test imtahanı keçiriləcək.


İmtahan namizədlərin ixtisas fənlərinə uyğun olaraq 2, 3, 10 və 11 may tarixlərində təşkil olunacaq. Bu istiqamətdə daha əvvəl keçirilmiş imtahana dəvət olunmuş şəxslərin sözügedən imtahanda iştirakı nəzərdə tutulmur.

Vətəndaşlar aprelin 23-ü saat 17:00-dək çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu yerli təhsil idarəetmə orqanına müraciət edərək imtahanda iştirak üçün qeydiyyatdan keçə bilərlər. Müraciət zamanı şəxsiyyət vəsiqəsinin və ali təhsil haqqında sənədin təqdim edilməsi tələb olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin