Trampdan İslamabadda başlayacaq danışıqlar barədə AÇIQLAMA: Axşam İMZALANACAQ

Hazırda oxunan: Trampdan İslamabadda başlayacaq danışıqlar barədə AÇIQLAMA: Axşam İMZALANACAQ

608290

ABŞ-ın vitse-prezidenti Cey. Di. Vens də daxil olmaqla ABŞ nümayəndə heyəti bu axşam İranla danışıqlar aparmaq üçün İslamabada gələcək.

Bizim.Media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu “New York Post” qəzetinə açıqlamasında bildirib.

O, danışıqlar aparan tərəflərin "ciddi" olduğunu qeyd edib.

"Onlar artıq ora gedirlər... Onlar bu axşam orada olacaqlar. İranla razılaşma bu gün axşam imzalanacaq", - deyə ABŞ prezidenti bildirib.

Tramp əlavə edib ki, nümayəndə heyətinə xüsusi elçilər Stiv Vitkoff və Cared Kuşner də daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin