Ailəsi 32 ildir onun yolunu GÖZLƏYİR...

Hazırda oxunan: Ailəsi 32 ildir onun yolunu GÖZLƏYİR...

608268

Ailəsi yenə həsrət, yenə həyəcan və gözləri yollardadır. Mahir nə vaxtsa qapını açıb evə dönəcək deyə... 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün Zaqatala rayonu 3-cü Tala kənd sakini, Birinci Qarabağ müharibəsi iştirakçısı Mahir Aslanovun itkin düşdüyü gündür.
 

Mahir Aslanov 7 sentyabr 1974-cü ildə Zaqatalanın 3-cü Tala kəndində anadan olub. Məktəbə doğulduğu kənddə gedib. Vətənpərvər, dəliqanlı bir gənc kimi torpaqlarımızın işğalı ilə heç vaxt barışmayıb.


Vətənə xidmət borcunu layiqincə yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. 1994-cü ildə Tərtər daha sonra Ağdərə rayonları istiqamətində gedən döyüşlərə qatılıb, hərbçi yoldaşlarından bir addım belə geri qalmadan cəsarətlə döyüşüb. 

20 aprel 1994-cü ildə Tərtər istiqamətində gedən döyüşlərdə itkin düşüb. 

Aslanovlar ailəsi bütün itkin şəhid ailələri kimi hər an gözləri yolda, qulaqları səsdədir. Nə zamansa qayıdar, nə zamansa nəşi belə tapılaraq ailəsinə, əzizlərinə qovuşar deyə gözləyirlər. Aslanovlar 32 ildir bu həsrətlə yaşayır. İnanırlar ki, dövlətimizin bu istiqamətdə apardığı məqsədyönlü işlərin nəticəsində Mahirdən də bir xəbər gələcək...

Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin