Bacısıgilə qonaq getdi, bir milyon QAZANDI - FOTO

Hazırda oxunan: Bacısıgilə qonaq getdi, bir milyon QAZANDI - FOTO

608218

Rusiyada maraqlı hadisə baş verib.

Bizim.Media xəbər verir ki, Sverdlovskdan olan yaşlı bir qadın bacısını ziyarət etmək üçün Moskvaya gedib və təsadüfən lotereyada qalib gələrək bir milyon rubl qazanıb. 

Rusiya mətbuatında yer alan məlumata görə, təqaüdçü lotereya biletləri olan bir neçə zərf alıb və onlardan biri uduşlu çıxıb.
 

"Bütün biletləri masanın üstünə düzdüm və ərimə zəng etdim ki, püşkatmanı canlı izləməyimə və rəqəmləri üstündən xətt çəkməyimə kömək etsin. Elə o zaman bildik ki, mən bir milyon qazanmışam. Böyük uduş qazandığımdan əmin olmaq üçün hər şeyi bir neçə dəfə ikiqat yoxladım", - qadın bildirib.


O, özünü şanslı hesab etdiyini və pulu əri ilə dincəlməyə, bir hissəsini isə yaxınlarına kömək etməyə xərcləməyi planlaşdırdığını deyib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin