Uşaq və yeniyetmələrin davranışındakı qəfil dəyişikliklər hər bir valideyni təşvişə salmalıdır. Xüsusilə də son günlərdə bir-birinin ardınca azyaşlıların törətdiyi cinayətləri və silahlı cəhdləri görüncə vəziyyət daha böyük narahatlıq yaradır. Belə anlarda bir çox valideynlər problemi həll etmək üçün sərt tərbiyə üsullarına üz tutur, bəziləri daha mülayim davranır, amma yenə də məsələni nəzarət altına ala bilmir. Vəziyyət getdikcə mürəkkəbləşəndə artıq professioanl dəstək almaq şərt olur.
Bəs hansı hallarda valideyn məsələnin gərginləşdiyini və mütəxəssisə müraciət etməli olduğunu anlamalıdır?
Psixoloq, çətin tərbiyə olunan uşaq və yeniyetmələrin tərbiyəsi üzrə metodist Zülfiyyə Bayramlı Bizim.Media-ya bildirib ki, uşaqların davranışlarında bəzi dəyişikliklər və ya əlamətlər var ki, bunlar valideynlər üçün “gözləmə” yox, dərhal hərəkətə keçmək siqnalı sayılmalıdır. Belə halları vaxtında fərq etmək təkcə öz övladının deyil, həm də çevrənin təhlükəsizliyi üçün çox vacibdir:
“Əgər uşaq birdən-birə çox sakit, qapalı və ya əksinə həddindən artıq aqressiv olubsa, bu psixoloji problemin göstəricisi ola bilər. Uşaq dostlarından, ailədən uzaqlaşırsa, xüsusən də özünə zərər verən davranışlar göstərirsə, məsələn, “bezmişəm, yaşamaq istəmirəm” kimi kimi fikirlər səsləndirirsə, bu vəziyyət dərhal psixoloq və ya psixiatr müdaxiləsi tələb edir”.
Z.Bayramlı əlavə edib ki, belə uşaqlarda yuxu pozuntuları, gecə kabusları, səbəbsiz qorxular, müəyyən insanlardan və ya yerlərdən qaçmaq istəyi olur.
“Belə hallarda dədə-baba üsulu ilə döymək-söymək qətiyyən olmaz. Əksinə bu, vəziyyəti daha da çıxılmaz edir. Uşaq onsuz da daxili gərginlik yaşayır, cəza, qışqırıq və təzyiq onun daha da qapanmasına, valideynə güvənin azalmasına, hətta nifrət etməsinə, problemi gizlətməsinə səbəb olur. Belə vəziyyətlərdə ən yaxşısı uşağı dinləmək və mühakimə etmədən anlamaq lazımdır. Çox mülayimlik göstərmədən aydın və qərarlılıq göstərilməlidir”.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:20 / 20.04.2026
Uşağın davranışındakı təhlükəli siqnallar - Övladlarınızda bu əlamətlər varsa, təcili mütəxəssisə APARIN!
Hazırda oxunan: Uşağın davranışındakı təhlükəli siqnallar - Övladlarınızda bu əlamətlər varsa, təcili mütəxəssisə APARIN!
Hazırda oxunan: Uşağın davranışındakı təhlükəli siqnallar - Övladlarınızda bu əlamətlər varsa, təcili mütəxəssisə APARIN!
608247
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































