“İphone 18” bu rənglərdə olacaq – FOTO

Hazırda oxunan: “İphone 18” bu rənglərdə olacaq – FOTO

608227

“İphone 18”lərin hansı rəngdə olacağı bəlli olub.

Bizim.Media xəbər verir ki,məşhur insayder “Ice Universe” Çin sosial şəbəkəsi Weibo hesabında gələcək iPhone 18 Pro modellərinin kamera blokları üçün qoruyucu örtüklərin görüntülərini paylaşıb. 

Bu aksessuarların cihazların gözlənilən yeni rəng palitrasına uyğun gəldiyi bildirilir.

Şayiələrə görə, Apple iPhone 18 Pro və Pro Max modelləri üçün dörd rəng variantını nəzərdən keçirir: açıq mavi, tünd albalı, tünd boz və gümüşü. Paylaşılan örtüklər isə qara, gümüşü, şərab rəngi və mavi tonlarda təqdim olunub və anodlaşdırılmış alüminiumdan hazırlanıb.
 

Qeyd olunur ki, bu elementlər cihazın orijinal hissəsi deyil, kameranı qorumaq üçün nəzərdə tutulmuş aksessuarlarıdır.


Digər insayder “Instant Digital” isə bildirib ki, şirkət gələcək modellərdə klassik qara rəngdən imtina edə bilər. Bu rəngin artıq iPhone 17 Pro seriyasında da yer almadığı vurğulanır, lakin yekun qərarın hələ verilmədiyi qeyd olunur.

Məlumata görə, iPhone 18 Pro və Pro Max modellərinin 2027-ci ilin sentyabrında, qatlanan iPhone Fold (Ultra) ilə birlikdə təqdim olunması gözlənilir.

Baza modellər — iPhone 18 və iPhone Air 2 isə ilkin məlumatlara əsasən daha gec, 2028-ci ilin əvvəlində təqdim edilə bilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin