Misir Mərdanovun qohumuna qarşı 400 min manatlıq dələduzluq edən İFADƏ VERDİ

Hazırda oxunan: Misir Mərdanovun qohumuna qarşı 400 min manatlıq dələduzluq edən İFADƏ VERDİ

608306

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə biznesmen Allahverdi Dəmirovun icra nümayəndəsi işləyən oğlu Seyfəddin Dəmirlinin külli miqdarda pulunu ələ keçirməkdə ittiham olunan Rafiq Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, məhkəmə təqsirləndirilən Rafiq Vəliyevin ifadəsi ilə davam edib:

"Vüsal Əhmədovla görüşəndə telefon nömrəmi haradan aldığını soruşdum. Mən müxtəlif notariat kontorlarında tərcüməçi kimi çalışmışam. Vüsal dedi ki, nömrəmi 18 nömrəli notariat kontorundan tapıb. Mənə xanımın əmlakının satışı üçün etibarnamə hazırlanmasının vacibliyini bildirdi və əlavə etdi ki, məni razı salacaq. Vüsala dedim ki, xanımın şəxsiyyət vəsiqəsi lazımdır. Həm təkcə əmlakı oğlunun adına keçirmək olmur, iki nəfər başqa adam da lazımdır. Vüsala sual etdim ki, xanımın evli olub olmamasını dəqiq desin, çünki etibarnaməni bunun əsasında  hazırlamalı idim. Mən bir tək saxta sənəd düzəltmişəm öz nəfsimə görə.
 

14 gün müddətinə az qalmış mən bu üç nəfərlə heç görüşmədim. Şübhələndim, bir şeylərin qaydasında olmadığının fərqinə vardığımda etibarnaməni ləğv edib onu sistemdən sildim. Etibarnaməni ləğv eləmək üçün əlimdən gələni etdim. Bundan sonra əmlak sahibinin adına qayıtdı. Vüsal Əhmədovu əvvəl tanımırdım. Mənim iş birliyində marağım pul almaq idi. Vüsal hətta mənə deyirdi ki "İşi məhv eləmə, müqabilində alacağım pulun yarısı sənindir".
Növbəti proses 30 aprel saat 10:30-a təyin olunub.


Qeyd edək ki, məşhur biznesmen Allahverdi Dəmirovun icra nümayəndəsi işləyən oğlu Seyfəddin Dəmirlinin külli miqdarda pulunu ələ keçirmək istəyiblər.

Belə ki, əvvəldən tanıdığı Rafiq Vəliyev Seyfəddin Dəmirliyə yalan vəd verərək ondan 400 min manatdan çox pul almağa razılaşıb. Lakin dələduzluq əməli başa çatmayıb. R.Vəliyev tutularaq cinayət məsuliyyətinə cəlb edilib. İstintaq vaxtı onun daha iki nəfərə qarşı dələduzluq cinayəti də ortaya çıxıb.

R.Əliyev barəsində sonradan həbslə bağlı olmayan "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə yekun ittiham elan edilib. İş üzrə Seyfəddin Dəmirli, Gülnarə Rəhimova və Rüxsarə İbrahimova zərərçəkmiş qismində tanınıb.
 

Seyfəddin Dəmirli bir neçə ay əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi təyin edilib. O, vaxtilə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinə və Bakı 6 saylı Yol İstismarı MMC-yə rəhbərlik etmiş Allahverdi Dəmirovun oğludur. Allahverdi Dəmirovun keçmiş təhsil naziri Misir Mərdanovun xalası oğlu olduğu da deyilir.


Xatırladaq ki, Rafiq Vəliyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), 320.2-ci 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 29,178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədilməyə cəhd) və 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin