Rusiyadan gətirilən "Şedroe Leto" yağlarında uyğunsuzluq AŞKARLANDI – FOTO

Hazırda oxunan: Rusiyadan gətirilən "Şedroe Leto" yağlarında uyğunsuzluq AŞKARLANDI – FOTO

608263

Rusiyadan idxal olunmuş bitki tərkibli 19 ton spred yağı məhsulunda uyğunsuzluq aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya adı ilə Azərbaycan yağları – Alıcılarımız saxta məhsullarla ALDADILIR? – ARAŞDIRMA – FOTO


Bildirilib ki, yağ "Jirovoy Kombinat" müəssisəsinin istehsalıdır. "Oba Market" MMC tərəfindən idxal edilib.

Laborator sınaq nəticəsində ümumi çəkisi 19 ton "Şedroe Leto" əmtəə nişanlı, 82,5%-lik, 1 kq-lıq məhsul partiyasında "3-monoxlorpropan 1,2-diol (3-MCPD)" və "qlisidol şəklində ifadə olunan qlisidil yağ turşusu efirləri" göstəriciləri üzrə uyğunsuzluq müəyyən edilib. Uyğunsuzluq 24.01.2026-21.09.2026-cı il istehsal və son istifadə tarixli məhsul partiyasına aiddir.


Faktla bağlı AQTA qanunauyğun tədbir görərək sözügedən məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, utilizasiyası və ya məhv edilməsi barədə qərar qəbul edib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin