Rusiyanın "Qazprom" şirkəti ilə Özbəkistanın "Uzbekneftegaz" qaz konserni arasında bu il 4 milyard kubmetr özbək qazının alınmasına dair müqavilə imzalanıb.
"Report" xəbər verir ki, bu barədə "Qazprom"un yeni avroistiqrazların buraxılmasına dair memorandumunda bildirilir.
"2015-ci ilin dekabrında "Uzbekneftegaz"la 2016-cı ildə 4 milyard kubmetr həcmində özbək qazının alınmasına dair müqavilə imzaladıq", ”” deyə sənəddə bildirilir.
"Uzbekneftegaz"la müqavilə Türkmənistanın "Türkmengaz" dövlət konserni ilə münasibətlərin kəskinləşməsi fonunda imzalanıb. "Qazprom" Türkmənistan şirkəti ilə qiymət məsələsinə görə məhkəmə çəkişməsindədir. Xüsusilə, 2015-ci ilin ortalarında rəsmi Aşqabad "Qazprom"u 2015-ci ilin əvvəlindən tədarük olunan qaza görə "Türkmengaz"a olan borcunu ödəməməkdə ittiham edib. Yekunda şirkətlər arasında müqaviləyə xitam verilib.




































































































