Toğrul Əsgərov qələbəni kimə həsr etdi?

Hazırda oxunan: Toğrul Əsgərov qələbəni kimə həsr etdi?

81994
“Avropa Oyunlarında çempion olmaq mənim üçün böyük uğurdur. İki ildir var gücümlə çalışıram”x9d.

Moderator.az bildirir ki, bunu Avropa Oyunlarında qızıl medal qazanan olimpiya çempionumuz Toğrul Əsgərov deyib.

Çempion qazandığı qələbəni dövlətimizə həsr etdiyini bildirib: “Avropa və dünya çempionatı mənim üçün iki ildir uğursuz idi. Buna görə güclü hazırlaşırdım. Bu gün də əziyyətim öz bəhrəsini verdi. Hər kəsə təşəkkür edirəm. Qələbəni dövlətimizə həsr edirəm. 19 yaşında olimpiya çempionu olmuşamsa, hələ yolum uzundur. İki ilin uğursuz olmasının səbəbi dizimdə zədənin olması idi. Qarşıda bizi daha böyük uğurlar gözləyir. Bundan sonra da bayrağımızı yüksəltmək üçün əlimdən gələni edəcəyəm”x9d,-deyə T.Əsgərov vurğulayıb.

Qeyd edək ki, Avropa Oyunlarında 65 kq çəki dərəcəsində final görüşünə çıxan sərbəst güləşçi Toğrul Əsgərov final görüşünün birinci hissəsində İtaliya təmsilçisi Frank Markez Çamizonun kürəyini yerə vuraraq təmiz qələbə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin