BAKU HOG AZERBAIJAN qrupunun üzvləri bu səhər Naxçıvana yola düşdülər.
Moderator.az -ın məlumatına görə, baykerlərimizin səfəri iki gün davam edəcək.
Azərbaycan HOG ailəsinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə həyata keçirəcəyi səfər İran İslam Respublikasının ərazisindən keçərək həyata keçiriləcək. Baykerlər ulu öndərin doğulduğu Naxçıvan şəhərinə yürüş etməyi planlaşdırırlar.
“Heydər Əliyev yolu ilə”x9d şüarı altında bu səhər başlayan motoyürüş may ayının 11-nə qədər davam edəcək.
Yürüş "Harley Devidson HOG Baku"nun təşkilatçılığı, ANS-in informasiya dəstəyi ilə həyata keçirilir.

































































































