“Borussiya Dortmund” Bakıya 24 futbolçu ilə gəlir - HEYƏT

Hazırda oxunan: “Borussiya Dortmund” Bakıya 24 futbolçu ilə gəlir - HEYƏT

643041

Almaniyanın "Borussiya Dortmund” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda "Sabah"la keçiriləcək III tur oyunu üçün heyətini açıqlayıb.

Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, Dortmund klubunun baş məşqçisi Niko Kovaç qarşıdakı oyun üçün 24 futbolçunu heyətə daxil edib.
 

Heyətdə Qreqor Kobel, Valdemar Anton, Niko Şlotterbek, Rami Bensebaini, Cobe Bellinqem, Feliks Nmeça, Seru Girassi, Maksimilian Bayer, Karni Çukvuemeka, İtan Nvaneri, Marsel Zabitser, Fabio Silva, Joane Qadu, Daniel Svensson, Joey Veerman, Julian Rirson, Patrik Drewes, Aleksandr Meyer, Kaua Prates, Filippo Mane, Samuele İnaçio, Mathis Albert, Enzo Dos Santos və Luka Recciani yer alıblar.


Konstantinos Karetsas isə zədə səbəbindən Bakıya gəlməyəcək. O, Bundesliqanın “Union Berlin”lə qolsuz heç-heçə başa çatan görüşündə meydana çıxdıqdan bir neçə dəqiqə sonra zədələnib.

Dortmund klubunun icraçı direktoru Lars Rikken futbolçunun vəziyyəti ilə bağlı açıqlamasında deyib:

“Ayağında bağ zədəsi var. O, Bakıya gəlməyəcək və şənbə günü “Ayntraxt”a qarşı oyunda da iştirak edə bilməyəcək. Bu, təbii ki, məyusedicidir. Lakin komanda yoldaşlarının reaksiyasını görəndə əvvəlcə daha ağır zədə olduğunu düşünmüşdük”.

Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya Dortmund” oyunu saat 20:45-də start götürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin