10 oktyabr 2026-cı il tarixindən etibarən Azərbaycanda ov mövsümü başlayıb.
Bizim.Media xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin məlumatına görə, ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları barədə məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az rəsmi internet səhifəsinin “Elanlar” bölməsindən əldə edə bilərlər.
“Ov həvəskarlarına müraciət olunur ki, ov zamanı ov qaydalarının mövcud normativlərinə əməl etsinlər, yalnız ovçuluq təsərrüfatlarından və ov üçün müəyyən edilmiş ərazilərdən istifadə etsinlər”, - məlumatda qeyd olunub.
Fəridə, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:45 / 10.10.2026
Azərbaycanda ov mövsümü BAŞLADI
Hazırda oxunan: Azərbaycanda ov mövsümü BAŞLADI
Hazırda oxunan: Azərbaycanda ov mövsümü BAŞLADI
641424
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































