Əraqçı: İran ABŞ-la müharibəyə hazırdır, lakin...

Hazırda oxunan: Əraqçı: İran ABŞ-la müharibəyə hazırdır, lakin...

639063

İran ABŞ-la müharibənin yenidən başlamağa hazırdır, lakin Prezident Donald Trampın Hörmüz boğazının açılması ilə bağlı təklifi açıq şəkildə rədd etməsindən sonra belə diplomatiyadan hələ imtina etməyib.

Bizim.Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “NBC News”-a müsahibəsində bildirib.
 

“Qarşımıza çıxan istənilən yeni təcavüz qarşısında, hətta bu, qiyamət müharibəsinə çevrilsə belə, möhkəm dayanacağıq. Eyni zamanda, biz diplomatiyaya da hazırıq. Seçim ABŞ Prezidenti Donald Trampındır”, - deyə İran XİN başçısı qeyd edib.


Qeyd edək ki, İran bu həftə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsində vasitəçi Qətər vasitəsilə ABŞ-a çatdırılan planın bir hissəsi olaraq Hörmüz boğazının açılması və qlobal neft ticarəti üçün kritik əhəmiyyət daşıyan bu dəniz keçidindən normal gəmi hərəkətinin yeddi gün ərzində bərpa olunması ilə bağlı razılaşma təklif edib.

Donald Tramp şənbə günü jurnalistlərə verdiyi açıqlamada bu təklifi rədd etdiyini bildirib:
 

“Onların təklifini rədd etdim. Dərhal razılaşma əldə etmək istəyirlər, çünki çox ağır şəkildə uduzurlar”.


Abbas Əraqçi deyib ki, Donald Trampın açıqlamalarına baxmayaraq, təklifin rədd edilməsi hələ də vasitəçilər vasitəsilə İrana rəsmi şəkildə çatdırılmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin