ABŞ ilə İsrailin fevralın 28-də İrana hücum etməsi ilə başlayan müharibə zamanı İslam Respublikasında 7250 nəfər dağıntılar altından çıxarılaraq xilas olunub.
Bizim.Media "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd bildirib.
"Xilasedicilərin və könüllülərin və xalqın geniş iştirakı ilə 7250 nəfər dağıntılar altından xilas edilib", - o deyib.
Kulivəndin sözlərinə görə, son müharibələr zamanı İran Qızıl Aypara Cəmiyyətinin 9 xilasedicisi öz missiyalarını yerinə yetirərkən ölüb.
Bizim.Media





































































































