Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatında Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) qızıl medal qazanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Final görüşündə ispaniyalı Qarros Suarez üzərində ipponla qələbə qazanan idmançı Avropa çempionu tituluna sahib olub.
Bu nəticə ilə İlham Zəkiyev karyerasında 10-cu dəfə Avropa çempionu adını qazanıb.
Qeyd edək ki, qitə çempionatında daha əvvəl Saleh Sultanov (J1, 81 kq) və Dürsədəf Kərimova (J2, +70 kq) bürünc medal qazanıblar.
Bizim.Media

- A-
- A
- A+
İdman
18:19 / 15.08.2026
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu OLDU
Hazırda oxunan: İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu OLDU
Hazırda oxunan: İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu OLDU
631306
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































