Ölkəmizdə ilk dəfə olaraq, dünyaca məşhur İspaniyanın “Barselona”x9d klubunun rəsmi düşərgəsi fəaliyyətə başlayıb.
Düşərgə “İnter”x9d (Bakı) futbol klubunun nəzdində, “Şəfa”x9d stadionunda açılıb. Fiziki hazırlığından asılı olmayaraq 6-16 yaş kateqoriyasında istənilən uşaq “Barselona”x9d klubunun düşərgəsində iştirak edə bilmək imkanına malikdir. Düşərgənin ilk qəbul noyabrın 17-dən dekabrın 12-dək davam edəcək.
“Barselona”x9dnın rəsmi düşərgəsi azərbaycanlı gənc həvəskarlara həmin klubun eyni yaşlı komandalarında istifadə olunan futbol bacarıqlarını və taktikalarını öyrənmək imkanı yaradır.
Yaradıcılar iddia edir ki, “BFK düşərgəsi eyni zamanda, praktiki təcrübə vasitəsilə uşaqlara “Barsa”x9d futbol modelini öyrənmək üçün bir vasitə olacaq”x9d.
Düşərgənin təlimləri 4 qrupdan ibarət olacaq və 3 sessiya üzrə keçiriləcək. Təlim müddəti 2 həftə olmaqla təşkil olunur.
Dünyanın müxtəlif yerlərində 20 mindən artıq uşaq “FCB Escola”x9d tərəfindən təşkil edilən BFK düşərgəsində təlim keçir. BFK düşərgəsi gənc futbolçuları “Barselona”x9d futbol klubunun peşəkar məşqçiləri ilə təmin edir.
BFK düşərgəsi formalaşma mərhələsində olan gənc oyunçuların yetişməsinə böyük diqqət göstərir. Bu düşərgədə qeydiyyatdan keçən uşaqlar paralel məşqlərdə iştirak edir, futbol texnikasına yiyələnir, istirahət edir və əylənirlər. Düşərgə, əsasən, məktəbli yaşlarında olan oğlan və qızların birgə təlimi üçün nəzərdə tutulub.
Düşərgənin əsas hədəflərindən biri “Barselona”x9dnın təmsil etdiyi mühüm dəyərləri uşaqlara öyrətməkdir.
“FCB Escola”x9d 2003-cü ildə Xevi Marce və Jordi Rovira tərəfindən yaradılıb. “FCB Escola”x9d Victor Valdes və Gerard Pique kimi oyunçuları yetişdirən Barsa Sosial Turnirinin keçirilməsindən sonra ərsəyə gəlib.
Düşərgədə uşaqlara Barselona Futbol Klubu Akademiyasının koordinatoru Fredi Martin, məşqçilər Sergi Pi və Andreu Cerarols təlim keçəcək. Qeyd etmək lazımdır ki, UEFA lisenziyalı bu məşqçilərinin 15 ildən artıq məşqçi təcrübəsi, futbol üzrə magistr dərəcəsi var.(publika.az)






































































































