Futbol üzrə dünya çempionatında ikinci turun həyəcanı tam sürətlə davam edir.
Bizim.Media xəbər verir ki, qrup mərhələsinin növbəti turu azarkeşlərə bir-birindən gərgin və maraqlı idman mübarizəsi vəd edir.
J qrupunda günün ən diqqətçəkən duellərindən biri Argentina və Avstriya yığmaları arasında baş tutacaq. Bu maraqlı matçın start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.
Eyni qrupun digər görüşündə isə İordaniya və Əlcəzair milliləri yaşıl meydanda qüvvələrini sınayacaqlar. Bu qarşılaşma iyunun 23-də səhər saat 07:00-da start götürəcək.
I qrupunun mübarizəsinə gəldikdə isə iyunun 23-ü gecə saat 01:00-da Fransa və İraq milliləri xal axtarışına çıxacaq, ardınca saat 04:00-da Norveç və Seneqal yığmalarının gərgin qarşılaşması reallaşacaq.
Dünya çempionatı
II tur
J qrupu
22 iyun
21:00. Argentina - Avstriya
23 iyun
07:00. İordaniya - Əlcəzair
I qrupu
23 iyun
01:00. Fransa - İraq
04:00. Norveç - Seneqal.
Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.
Bizim.Media
































































































