Dünya çempionatının yaşıl meydanlarında ikinci turun həyəcanı bütün sürəti ilə davam edir.
Bizim.Media xəbər verir ki, qrup mərhələsinin növbəti oyun günündə futbol həvəskarlarını bir-birindən gərgin və baxımlı mübarizələr gözləyir.
H qrupunun ən diqqətçəkən duellərindən birində İspaniya və Səudiyyə Ərəbistanı yığmaları üz-üzə gələcək. Azarkeşlərin maraqla gözlədiyi bu qarşılaşmanın start fiti Bakı vaxtı ilə düz saat 20:00-da veriləcək.
Eyni qrupun digər görüşündə Uruqvay və Kabo-Verde milliləri yaşıl meydanda qüvvələrini sınayacaqlar. Bu matç iyunun 22-də saat 02:00-da start götürəcək.
G qrupundakı mübarizələrə gəlincə, iyunun 21-i gecə saat 23:00-da Belçika və İran yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər, iyunun 22-si saat 05:00-da isə Yeni Zelandiya və Misir millilərinin maraqlı qarşılaşması baş tutacaq.
Dünya çempionatı
II tur
H qrupu
21 iyun
20:00. İspaniya - Səudiyyə Ərəbistanı
22 iyun
02:00. Uruqvay - Kabo-Verde
G qrupu
21 iyun
23:00. Belçika - İran
22 iyun
05:00. Yeni Zelandiya - Misir.
Xatırladaq ki, futbol üzrə dünya çempionatında Ekvador-Kurasao oyunu keçirilib.
Kanzas Siti stadionunda keçirilən E qrupunun II turunun matçını FIFA referisi çinli Ma Ninq idarə edib.
Oyunda qapılara qol vurulmayıb - 0:0.
Almaniya-Kot-d’İvuar oyunu (E qrupunun II turunun matçı) isə Toronto stadionunda keçirilib.
Oyun Almaniyanın qələbəsi ilə başa çatıb - 2:1. Qarşılaşmanı paraqvaylı FIFA referisi Juan Benites idarə edib.
Bu oyundan sonra Almaniya E qrupunda birinci, Kot-d’İvuar ikinci, Ekvador üçüncü, Kurasao isə dördüncü pillədədir.
Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.
Bizim.Media






































































































