“Qəbələ” baş məşqçisini istefaya göndərir? - Kubdan AÇIQLAMA

Hazırda oxunan: “Qəbələ” baş məşqçisini istefaya göndərir? - Kubdan AÇIQLAMA

615728

Ötən mövsüm Birinci Liqanın qalibi olaraq Premyer Liqaya yüksələn “Qəbələ”nin elitada işləri o qədər də yaxşı getmədi. Komanda mövsümün sonunda 11-ci pilləni tutdu ki, hazırda Premyer Liqada qalmaq üçün bölgə təmsilçisi Birinci Liqanın 2-cisi olan “Mingəçevir”lə pley-off qarşılaşması oynamalıdır.

Bizim.Media xəbər verir ki, bütün bu olanlardan sonra komandanın baş məşqçisi Kaxaber Tsxadadzenin istefaya göndəriləcəyi iddia olunur.

Bildirilir ki, rəhbərlik gürcü baş məşqçinin fəaliyyətindən razı deyil və komanda Premyer Liqada qalsa belə onunla yola davam edilməyəcək. Bu xəbərlərin doğru olub-olmadığını öyrənmək üçün klubla əlaqə saxladıq.
 

Komandanın mətbuat katibi Elnur Məmmədli hazırda bütün diqqətlərin pley-off matçına yönəldiyini bildirərək baş məşqçinin istefa məsələsinin gündəmdə olmadığını diqqətə çatdırdı:


“Hazırda bütün diqqətimizi qarşıdakı pley-off matçına yönəltmişik. Kaxaber Tsxadadze də işinin başındadır. Onun növbəti mövsüm üçün də müqaviləsi var. Ancaq mövsüm tam başa çatdıqdan sonra klubun nəticələri müzakirə olunacaq və baş məşqçi məsələsinə də baxılacaq. Ancaq hazırda Tsxadadzenin istefaya göndərilməsi məsələsi gündəmdə deyil”.

Qeyd edək ki, Kaxaber Tsxadadze 2024-cü ildən “Qəbələ”nin baş məşqçisidir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin