“Neftçi” 3 futbolçu ilə yollarını AYIRDI

Hazırda oxunan: “Neftçi” 3 futbolçu ilə yollarını AYIRDI

615570

“Neftçi” daha üç futbolçusu ilə yollarını ayırıb.

Bizim.Media xəbər verir ki, Bakı təmsilçisi ilə Vensan Abubakar, Edvin Kuç və Kristian Kostin arasında başa çatan müqavilələr yenilənməyib.

Klub hər üç oyunçuya təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

2025-ci ilin oktyabrında transfer olunmuş Abubakar “ağ-qaralar”ın heyətində 18 rəsmi matç keçirib, 9 qol vurub. O, Premyer Liqada meydana çıxdığı 16 oyunda 7 qola imza atmaqla, ortalama qol sayına görə 2025/26 mövsümünün ən yaxşılarındandır.
 

2024-cü ilin yayında transfer olunmuş Kuç “ağ-qaralar”ın heyətində 44 rəsmi oyun keçirib, 1 qol vurub. Kostin isə 2025-ci ilin yayından bu yana 7 rəsmi matçda forma geyinib.


Qeyd edək ki, "Neftçi"nin digər futbolçusu Murad Məmmədov Kiprin "Pafos" klubuna keçib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin