“Qarabağ” yüksək məbləğdə cərimələndi

Hazırda oxunan: “Qarabağ” yüksək məbləğdə cərimələndi

615522

AFFA İntizam Komitəsi Premyer Liqanın sonuncu - XXXIII tur turu ilə bağlı qərarlarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, “Sumqayıt” – “Qarabağ” oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə “kimyaçılar” 2500 manat cərimələnib. Ağdam klubu isə azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 8000 manat ziyana düşüb.

“Kəpəz” – “Neftçi” qarşılaşmasında Gəncə təmsilçisi 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimə ödəyəcək.

Qonaqların heyətində isə İfenayi Metyu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1-i şərti olmaqla 2 oyun cəzalanıb, komandasını isə 1000 manat xərcə salıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin