“Sumqayıt”ın yeni baş məşqçisi kim olacaq? – Klubdan AÇIQLAMA

Hazırda oxunan: “Sumqayıt”ın yeni baş məşqçisi kim olacaq? – Klubdan AÇIQLAMA

615503

Premyer Liqada mövsüm başa çatandan sonra ikinci baş məşqçi istefası reallaşdı. Ayxan Abbasovun “Şamaxı”dan ayrılmasından sonra bu dəfə “Sumqayıt” baş məşqçisi ilə vidalaşdı.

Cari mövsümün əvvəlindən “gənclik şəhəri” təmsilçisinə rəhbərlik edən serbiyalı mütəxəssis Saşa İliçlə başa çatan müqavilə yenilənmədi.

Əslində komanda onun rəhbərliyi altında mövsümə pis başlamamışdı. Ancaq sonradan qeyri-stabil nəticələr rəhbərliyin İliçlə vidalaşmasına gətirib çıxardı.

Bəs görəsən “Sumqayıt”ın yeni baş məşqçisi kim olacaq?

Klubun yerli və yaxud xarici mütəxəssisə tapşırılacağını öyrənmək üçün komanda ilə əlaqə saxladıq. “Sumqayıt”ın mətbuat katibi Zaur Xudiyev Bizim.Media-ya açıqlamasında bu barədə danışmağın hələ tez olduğunu bildirib:

“Saşa İliçlə yollarımızı ayırdıq. Hazırda bilinən tək şey budur. Onun müqaviləsi başa çatmışdı və sözləşməni yeniləmədik. Ancaq yeni baş məşqçi ilə bağlı danışmaq hələ tezdir. Bu barədə klub rəhbərliyi qərar verməlidir. Ona görə də indidən nəsə söyləmək çətindir ki, yeni baş məşqçi yerli olacaq yaxud xarici. Proseslər o qədər yenidir ki, bu mövzu ilə bağlı hələ heç bir məlumat yoxdur”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin