Əfsanəvi basketbolçu niyə ərəb şahzadəsi ilə evlənmək istəyir?

Hazırda oxunan: Əfsanəvi basketbolçu niyə ərəb şahzadəsi ilə evlənmək istəyir?

615486

NBA əfsanəsi Şakil O'Nil (Shaquille O'Neal) yenidən diqqət mərkəzinə düşüb — lakin bu dəfə basketbol və ya biznes uğurları ilə deyil, şəxsi həyatı barədə verdiyi maraqlı bəyanatla.

Bizim.Media xəbər verir ki, qonaq olduğu "Ayts Giving" podkastında Şakil gələcəkdə yanında görmək istədiyi qadın profilini açıqlayıb. Keçmiş mərkəz oyunçusunun tələbləri isə kifayət qədər qeyri-adi olub: o, zəngin bir ərəb şahzadəsi ilə ailə qurmaq istədiyini etiraf edib.

Təxminən 500 milyon dollar sərvəti olmasına baxmayaraq, O'Nil gələcək xanımının maliyyə durumu barədə danışarkən zarafatla qeyd edib ki, onun üçün hətta "1 milyard dollar belə bəs etmir".

Podkastın aparıcısı Sara Fonteno ilə söhbət zamanı Şakil sözü uzatmayaraq birbaşa potensial namizədlərə müraciət edib:

"Bütün ərəb şahzadələrinə salamlar, mənə zəng edin. Dubay, Əbu-Dabi — harada olursunuzsa olun, gözləyirəm".

Şakil O'Nil uzun müddətdir ki, Birləşmiş Ərəb Əmirlikləri, xüsusən də Əbu-Dabi ilə sıx bağlıdır. Hər şey onun şəhərə NBA səfiri kimi yollanması ilə başlasa da, zamanla bu region onun üçün doğma məkana çevrilib.

Şakilin fikrincə, onun səviyyəsində olan tanınmış və zəngin bir insanın yanında həm maliyyə, həm də psixoloji baxımdan eyni statusu bölüşən bir tərəfdaş olmalıdır. O hesab edir ki, münasibətlərdə status və həyat tərzi arasındakı kəskin fərqlər tez-tez problemlər yaradır.

Burada söhbət sadəcə puldan yox, ortaq baxış bucağı, vərdişlər və həyat təcrübəsinin uzlaşmasından gedir:

"Bu, dəbdəbəli həyat sürmək və ya kiminsə himayəsinə sığınmaq barədə deyil. Bu, tamamilə uyğunluq məsələsidir".
 

Aparıcının "Bəlkə sadəcə həmişə başqalarının qayğısına qalmaqdan yorulmusan və indi kiminsə sənə baxmasını istəyirsən?" sualına idmançı belə cavab verib:


"Məsələ mənim ərköyünləşdirilməyimdə deyil. Öz dəyərimi onsuz da bilirəm. Sadəcə, əgər qarşı tərəfin də işləri əladırsa — hətta məndən də yaxşıdırsa — o zaman sual yaranır: biz birlikdə daha böyük nə inşa edə bilərik?"

O'Nil münasibətlərdə səmimiyyət mövzusuna da toxunub. Onun sözlərinə görə, tərəflərdən biri digərindən qat-qat zəngin və məşhur olduqda həmişə bir şübhə qalır: səni səmimi olaraq sevirlər, yoxsa puluna və şöhrətinə görə yaxınlaşırlar?

Məhz buna görə də o, maliyyə cəhətdən tam müstəqil olan bir qadınla münasibəti daha dürüst və rahat hesab edir:

"İnsan özü artıq uğurludursa, ortadan bir çox şübhələr və lazımsız suallar qalxır".
 

Şakil belə bir xanımla evlənəcəyi təqdirdə necə bir həyat yoldaşı olacağını da yumorla təsvir edib. O bildirib ki, idman formasını mükəmməl saxlayacaq, xanımının yanında həmişə qüsursuz görünəcək, onun şəxsi məkanına və karyerasına hörmətlə yanaşacaq, həmçinin hər zaman ehtiyac duyulduğu anda emosional dəstək verəcək:


"Smokinq geyinib onun yanında dayansam, maksimum dərəcədə effektli və yaraşıqlı görünərdim, o da əri ilə fəxr edərdi".

Söhbətin sonunda əfsanəvi basketbolçu vurğulayıb ki, istənilən münasibətin təməli sərvət yox, qarşılıqlı hörmət, emosional sabitlik və fiziki dəstəkdir. Şakil O'Nilin fikrincə, söhbət hətta xəyali bir "zəngin ərəb şahzadəsi"ndən getsə belə, ittifaqı güclü edən məhz bu dəyərlərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin