"Şamaxı"nın müdafiəçisi David Santosun durumuna aydınlıq gəlib.
Bizim.Media xəbər verir ki, bölgə klubunun üzvü əməliyyat ediləcək.
Braziliyalı futbolçunun diz bağları qopub və buna görə də əməliyyata ehtiyac duyulub. Onun təxminən 5-6 aydan sonra yaşıl meydanlara qayıdaraq, yüngül məşqlər edə biləcəyi ehtimal olunur.
Santos Misli Premyer Liqasının 30-cu turunun "Sabah"la(0:3) görüşündə zədələnmişdi.
Əlavə edək ki, Santosun “Şamaxı” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Rəşad Rafiqoğlu, Bizim.Media








































































































