"Sabah" bu gün "Şamaxı"nın qonağı olacaq

Hazırda oxunan: "Sabah" bu gün "Şamaxı"nın qonağı olacaq

610841

Misli Premyer Liqasında XXX turun daha iki oyunu bu gün keçiriləcək.

Bizim.Media xəbər verir ki, ilk olaraq çempionluğunu rəsmiləşdirən "Sabah" "Şamaxı"nın qonağı olacaq.

Şamaxı şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək.

Birinci pillədəki "Sabah"ın 72, meydan sahiblərinin 35 xalı var.

Günün ikinci matçında "Zirə" "Qəbələ"ni qəbul edəcək.
 

Zirə İdman Kompleksinin stadionundakı görüş saat 18:30-da başlayacaq. "Qartallar" 46 xalla beşinci, "Qəbələ" 20 xalla 11-ci pillədə qərarlaşıb.


Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayıt"ı 2:1, "İmişli" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə üstələyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin