«Beşiktaş”dan İtaliya klubuna 15 milyonluq təklif

Hazırda oxunan: «Beşiktaş”dan İtaliya klubuna 15 milyonluq təklif

609011

"Venetsiya"nın yarımmüdafiəçisi İssa Dumbiya karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Beşiktaş" italiyalı oyunçunu transfer etmək istəyir. Bu barədə "La Nuova Venezia" nəşri məlumat yayıb. İtanbul nəhəngi 22 yaşlı futbolçu üçün onun klubuna 15 milyon avroluq təklif göndərib.

Qeyd edək ki, İssa Dumbiya bu mövsüm "Venetsiya"nın heyətində B Seriyasında meydana çıxdığı 35 rəsmi matçda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimidir. Dumbiya İtaliya U-21 millisinin heyətində 3 oyun keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin