"Turan" 4 setin sonunda çempion oldu - FOTO

Hazırda oxunan: "Turan" 4 setin sonunda çempion oldu - FOTO

608075

Aprelin 19-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində qadın voleybolçuların Yüksək Liqasında final oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, həlledici oyunda “Turan” və “DH Volley” komandaları üz-üzə gəliblər. Gərgin idman mübarizəsi ilə yadda qalan matç "Turan" komandasının qələbəsi ilə yekunlaşıb.

İlk hissədə "DH Volley" 10 xal fərqlə (25:15) qalib gəlsə də, ardıcıl iki setdə üstün olan "Turan" hesabda önə çıxıb: 25:21 və 25:19.
 

Matçın dördüncü seti isə başabaş mübarizə şəraitində keçib. Setin sonlarında daha dəqiq oynayan "Turan" komandası hissəni öz xeyrinə başa vurub: 25:23. Bununla da, ümumi hesabda 3:1 hesabı ilə qalib gələn "Turan" Yüksək Liqanın çempionu olub.


Qeyd edək ki, Yüksək Liqanın bürünc mükafatçısı "Milli Aviasiya Akademiyası"na 3:0 (18:25, 21:25, 21:25) hesabı ilə qalib gələn "Gəncə" komandası olub.




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin