MLS-in müntəzəm çempionatında "Kolorado Repids" - "İnter Mayami" matçı baş tutub.
Bizim.Media xəbər verir ki, görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:3.
Qaliblərin heyətində Lionel Messi dubl edib, daha bir qolu Herman Berterame vurub. "Kolorado"da Rafael Navarro və Darren Yapi fərqləniblər.
87-ci dəqiqədə "İnter Mayami"nin yarımmüdafiəçisi Yannik Brayt birbaşa qırmızı vərəqə alıb.
Bizim.Media







































































































