Azərbaycan millisinin iyunda keçirəcəyi təlim-məşq toplanışının proqramı müəyyənləşib.
Bizim.Media xəbər verir ki, yığmamız ayın ilk 10 günündə Avstriyada hazırlıq keçəcək.
Ayxan Abbasovun yetirmələrinin bu müddətdə iki yoldaşlıq görüşü keçirməsi planlaşdırılır. Bununla bağlı San Marino və Malta futbol federasiyaları ilə razılıq əldə olunub.
Hətta matçların tarixi də artıq məlumdur. Hər hansı dəyişiklik baş verməsə, millimiz iyunun 5-də San Marino, 9-da isə Malta yığması ilə üz-üzə gələcək.
Bizim.Media


































































































