“Qarabağ”ın gücünə tam bələd olduq”

Hazırda oxunan: “Qarabağ”ın gücünə tam bələd olduq”

59466
“İnter”lə oyunda artıq “Qarabağ”ın gücünə tam bələd olduq. Buna görə də “Dnepr” üzərində qələbə qazanmaqlarını normal qarşıladım. “Qaraba𔝠ikinci yer uğrunda mübarizədə əsas rəqibimizdir”.
 
Axar.az xəbər verir ki, Fransanın “Sent Etyen” klubunun baş məşqçisi Kristof Qaltye yerli mətbuata müsahibəsində “Qarabağ”ın səfərdə “Dnepr”ə qalib gəlməsinə belə münasibət bildirib.
 
48 yaşlı mütəxəssis “Qarabağ”ın qələbəsinə təəccüblənmədiyini deyib:
 
“Bu səbəbdən Azərbaycan klubu ilə oyunumuz həlledici sayıla bilər. Qrupdan çıxmaq istəyiriksə, ən azı qarşıdakı iki oyunda qələbə qazanmalıyıq. Yer aldığımız qrup gözlədiyimdən də çətin oldu”.
 
Qeyd edək ki, “Qaraba𔝠“Denpr” üzərində qələbədən sonra “Sent Etyen”i üstələyərək qrupda ikinci pilləyə yüksəlib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin