İspaniyanın “Barselona” klubunun futbolçusu Lyonel Messi BMT-nin Ümumdünya Turizm Təşkilatının səfiri təyin olunub.
Təşkilatın baş katibi Zurab Pololikaşvili La Liqanın XXXI turunda keçirilən “Barselona” – “Leqanes” (3:1) matçından sonra argentinalı hücumçunun yeni vəzifəsini açıqlayıb.
Qeyd edək ki, “Real”ın keçmiş futbolusu Fernando Yero və İspaniya millisinin sabiq baş məşqçisi Visente del Boske də BMT-nin Ümumdünya Turizm Təşkilatında işləyirlər.(oxu.az)


































































































