Özbəkistan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) ötürücülük imkanlarını genişləndirmək məqsədilə yeni strateji addım atmağa hazırlaşır.
Bizim.Media xəbər verir ki, rəsmi Daşkənd ölkənin xarici ticarət daşımalarının müstəqilliyini təmin etmək üçün Xəzər dənizində şəxsi gəmilərin alınması və icarəyə götürülməsini nəzərdən keçirir.
Özbəkistanın nəqliyyat nazirinin müavini Jasurbek Çoriyev qeyd edib ki, Orta Dəhlizin inkişafı üçün infrastrukturda mövcud olan "dar boğazların" (baxımsız və sıxlıq yaradan sahələrin) aradan qaldırılması mütləqdir.
Nazir müavininin sözlərinə görə, bu prosesdə hazırda tikintisi davam edən Çin – Qırğızıstan – Özbəkistan dəmir yolu xətti də mühüm və xüsusi rol oynayacaq.
Bizim.Media

































































































