Nigeriyada bir qrup yeniyetmə küçədə bir qadına hücum edərək onu yandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Daily Trust” nəşri məlumat yayıb. Bildirilib ki, zərərçəkmişin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə Maraban-Cos rayonunda baş verib. İki uşaq anası olan yerli müəllimə mühazirəyə gedərkən bir qrup yeniyetmə onun arxasınca düşüb. Azyaşlılar qadını uşaq oğurluğunda ittiham edərək döyüblər. Əraziyə gələn polislər isə zərərçəkmişi xilas etmək üçün şöbəyə aparıblar.
Lakin bir müddət sonra qəzəblənmiş kütlə polis şöbəsinə basqın edib, qadını küçəyə çıxararaq onu diri-diri yandırıblar.
Hadisə zamanı asayiş keşikçiləri xidməti silahdan atəş açmaq məcburiyyətində qalıblar və iğtişaş iştirakçılarından biri yaralanıb. Polis hadisəni qanunun aliliyinə qəsd adlandırıb, bir neçə şübhəli şəxs həbs olunub, digərlərinin axtarışı isə davam edir.
Bizim.Media



































































































