"Hazırda pensiyalar məbləğindən asılı olmayaraq eyni faizlə indeksləşdirilir. Orta aylıq əməkhaqqının artım tempi 8 faiz olarsa, bütün pensiyalar da eyni – 8 faiz səviyyəsində artırılır".
Bizim.Media xəbər verir ki, bunu “baku.ws”ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bu zaman 300 manat pensiya alan vətəndaşın aylıq ödənişində artım 24 manat təşkil etdiyi halda, 3000 manat pensiya alan şəxsin pensiyası 240 manat artır:
"Nəticədə yüksək pensiya alanlarla aşağı pensiya alanlar arasında artım məbləği baxımından ciddi fərq yaranır. Mövcud indeksləşdirmə fondu çərçivəsində daha diferensial yanaşmanın tətbiqi məqsədəuyğun ola bilər. Bu halda vəsaitlərin bölgüsündə yalnız faiz göstəricisi deyil, sosial meyarlar da nəzərə alına bilər".
Deputat qeyd edib ki, xüsusilə aşağı məbləğdə pensiya alan vətəndaşların pensiyalarının daha çox artırılması üçün müxtəlif kəmiyyət və sosial göstəricilərdən istifadə edilə bilər:
"Bu meyarlara ailə vəziyyəti, tək valideynlik statusu, himayədə olan uşaqların sayı və digər sosial amillər daxil edilə bilər. Belə bir mexanizm sosial müdafiəyə daha çox ehtiyacı olan pensiyaçıların gəlirlərinin artırılmasına və sosial ədalətin gücləndirilməsinə xidmət edə bilər".
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
00:13 / 24.06.2026
Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR
Hazırda oxunan: Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR
Hazırda oxunan: Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR
621153
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































