ABŞ Prezidenti Donald Tramp İranın öz nüvə proqramının uzunmüddətli və ən yüksək səviyyədə yoxlanılmasına tam razılıq verdiyini elan edib.
Bizim.Media xəbər verir ki, ABŞ lideri "Truth Social" hesabında bu barədə yazıb.
Tramp ABŞ-ın böyük bir diplomatik və hərbi qələbə qazandığını, lakin medianın bunu kiçiltməyə çalışdığını vurğulayıb.
Tramp paylaşımında rəsmi Tehranın geri addım atdığını bu sözlərlə ifadə edib:
"Bütün etirazlara, əksini iddia edən yalan bəyanatlara və ABŞ-ın bu qələbəsini mümkün qədər əhəmiyyətsiz göstərmək üçün əllərindən gələni edən feyk xəbər mediasının təbliğatına baxmayaraq, İran nüvə təftişlərinin uzunmüddətli perspektivdə (sonsuza qədər!!!) və ən yüksək səviyyədə keçirilməsinə tam razılıq verdi. Bu, 'nüvə dürüstlüyünü' təmin edəcək. Əgər onlar buna razı olmasaydılar, heç bir danışıqlar baş tutmazdı!".
İranın mühüm güzəştlərə getdiyini bildirən Tramp, bunun müqabilində dəniz blokadasının dayandırıldığını qeyd edib:
"Bu və İranın etdiyi digər mühüm güzəştlərə əsaslanaraq, mən Hörmüz boğazının hər hansı bir hərbi-dəniz blokadası olmadan AÇIQ qalmasına razılıq verdim. Bununla belə, blokadanın bərpasına ehtiyac yaranacağı təqdirdə bütün hərbi gəmilərimiz öz mövqelərində qalmaqdadır, hərçənd hazırda bu ssenari az ağlabatan görünür".
Maliyyə xətlərinin və sanksiyaların yumşaldılmasının ciddi nəzarət altında olacağını deyən ABŞ-ın eks-prezidenti, vəsaitlərin yalnız amerikalı fermerlərə yönəldiləcəyini vurğulayıb:
"ABŞ Maliyyə Nazirliyi tərəfindən sərbəst buraxılan pullar və ya sanksiyadan azad edilən vəsaitlər ABŞ-ın nəzarətində olan şərti hesaba (eskrou-hesab) köçürülür. Bu vəsaitlər yalnız və yalnız Amerika Birləşmiş Ştatlarından ərzaq və dərman vasitələrinin, o cümlədən bizim amerikalı fermerlərimizdən qarğıdalı, buğda və soya lobyasının satın alınması üçün istifadə olunacaq".
Açıqlamasının sonunda Tramp İrandakı mövcud vəziyyəti humanitar böhran adlandırıb və ABŞ-ın humanist addım atdığını qeyd edib:
"Bütün bunlar İrana son dərəcə lazımdır. Orada humanitar böhran yaşanır və mən hesab edirəm ki, çox gec olmadan elə indi kömək etmək lazımdır. Danışıqlar uğurla davam edir!".

Bizim.Media

- A-
- A
- A+
Dünya
16:26 / 23.06.2026
Tramp: “İranda humanitar böhran yaşanır, onlara kömək etməliyik” – FOTO
Hazırda oxunan: Tramp: “İranda humanitar böhran yaşanır, onlara kömək etməliyik” – FOTO
Hazırda oxunan: Tramp: “İranda humanitar böhran yaşanır, onlara kömək etməliyik” – FOTO
621058
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































