Türkiyə-Ermənistan nəqliyyat əlaqələrinin bərpası MÜZAKİRƏ EDİLDİ

Hazırda oxunan: Türkiyə-Ermənistan nəqliyyat əlaqələrinin bərpası MÜZAKİRƏ EDİLDİ

621075

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan ilə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu arasında Belçikanın paytaxtı Brüsseldə mühüm görüş keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu özünün "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

Nazirin sözlərinə görə, danışıqların gündəmində iki ölkə arasında dəmir yolu və avtomobil nəqliyyatı əlaqələrinin bərpası məsələləri yer alıb.

Bununla yanaşı, tərəflər Ani şəhəri yaxınlığındakı tarixi körpünün (tarixi İpək Yolu körpüsü) bərpası mövzusunu da ətraflı müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin